Sosial mediada səs-küy yaradan “Əqrəb mövsümü” serialının ikinci mövsümünün çəkilişləri başa çatıb.
OLAY-ın əldə etdiyi məlumata görə, layihənin üçüncü sezonu da olacaq. Ancaq çəkilişlər yeni bölümlər yayımlandıqdan sonra başlayacaq.
Layihənin növbəti sezonunun startı təxminən 2 il sonra baş tutacaq.
Qeyd edək ki, layihədə baş rolları Hikmət Rəhimov və Azər Aydəmir canlandırırdı. İkinci mövsümdə isə H.Rəhimov yer almayıb.