İki il öncə boşanan Şəhriyar Əbilov və Oksana Rəsulova uzun müddət sonra eyni tədbirdə yer alıb.
OLAY-ın əldə etdiyi məlumata görə, onlar ötən gün “Səma ilə görüş” filminin qalasında rastlaşıb. Buna baxmayaraq keçmiş cütlük bir-birini görməzlikdən gəlib. Onlar salamlaşmamaqla yanaşı, üz-üzə gəlməməyə çalışıblar.
Həmçinin, zalda ayrı-ayrı cərgələrdə, bir-birinə uzaq əyləşib. Gecəyə tərəf müqabili Ziya Ağa ilə qatılan Oksana filmi onunla izləyib.
Şəhriyar isə Rəsulovadan aralı məsafədə tək oturub.
Qeyd edək ki, onların Osman adlı oğlan övladı var.