Depressiyaya düşdü, 23 kiloqram arıqladı - FOTO

Depressiyaya düşdü, 23 kiloqram arıqladı - FOTO

"Çəkim 120-yə çatırdı. Yürüşü çox sevirəm, idmanla məşğul oluram, çoxlu su içirəm. Bir də depressiyanın təsiri oldu. Bir neçə əməliyyat keçirtdim. Məni görən təəccüblənirdi ki, salmatçılıqdır? 23 kiloqram çəki atdım".

Milli.Az xəbər verir ki, bu sözləri müğənni Əbdül Xalid "Afaqla 10lar" verilişində deyib. Sənətçi çəki atmasından danışıb. O, bildirib ki, depressiyaya düşüb və 27 kiloqram arıqlayıb. 

Xalid verilişlərə getməmə səbəbini də açıqlayıb:

"İncikliyim var idi. Verilişlərdən küsdüm. Təhsilimiz, illər... Düşünürdüm ki, niyə illərimi fəda etdim? Bəzi aparıcılar var idi ki, dünən çıxmış, oxumaqdan xəbəri olmayanı elə təqdim edirdilər. Bir aparıcı deyirdi Xalidi çağırmayın, reytinq vermir. Dedim ki, çağır, sənə reytinq verəcəyəm. Verilişin ortasında sənə bir şillə vuracağam, reytinq olacaq. Hər şeyin həddi var. Onu aşmaq olmaz. Bir gün çubuğunuzu qıracaqlar, etdilər də". (Axşam.az)

Milli.Az