Xalq artisti Fatma Mahmudova səmimi açıqlamaları ilə diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, aktrisa bir müddət əvvəl səhhəti ilə bağlı müalicə aldığını bildirib. O, qeyd edib ki, çətin günlərində vaxtilə dəstək olduğu bəzi insanların yanında olmadığını görüb və bunun onun üçün böyük dərsə çevrildiyini vurğulayıb.
Sənətçi həmin dövrdə ona dayaq olan insanlara minnətdarlığını ifadə edib.
Fatma Mahmudova şəxsi arzularından da söz açaraq, xəstəlik zamanı övladlarının onun üçün böyük fədakarlıqlar etdiyini deyib. O, ən böyük istəklərindən birinin qızı İntizar Ağdamlının sənətdə uğur qazanması, digər arzusunun isə qızı Nigar Tofiqin toyunu görmək olduğunu qeyd edib.
Musa
Milli.Az
















