"Mənə əziz olan insanlar, dostlarım çoxdur. Amma hər şeyi hər kəslə bölüşmək çox çətindir. Olmur... Sənətdə dostum olub. Amma elə bir zəmanəyə gəlib çatmışıq ki, bir-birimizdən çox uzaqlaşmışıq. Sağa-sola baxırsan, sanki təksən...".
Milli.Az bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova qonaq olduğu "7 tamam" verilişində deyib.
Sənətçi əsl dosta ehtiyacı olduğunu dilə gətirib:
"Bəzən olub ki, qəlbimdə zənn etmişəm ki, bu, mənim dostumdur. Elə bir xırda məsələyə görə məndən üz çevirib ki, o zaman anlamışam ki, dost başqa bir anlamdır. Duet ortağım Cabbar Musayevlə 24 ildən artıqdır ki, dostuq. Bəyəm bizim aramızda mübahisələr, incikliklər olmayıb? Amma əsl dost odur ki, bir-birini anlayıb, hər xırda şeylərə görə üz çevirmək olmaz. Əslində çox ehtiyacım var əsl dostluğa... Ürəyim dolanda, qəlbim üşüyəndə o insanı axtarıram. Kaş ki, üzbəüz əyləşib onunla dərdləşə, həmsöhbət ola bilərdim. Heyif ki, belə insanların sayı çox azalıb".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun