Aparıcı Saleh Bağırov “Maska” şou ilə bağlı təəssüratlarını bölüşüb.
OLAY yazır ki, “Cücə” maskası ilə yarışan Bağırov bu sözləri qeyd edib:
“Maskam ağır, havasız, imkanları məhdud, onu daşımaq, hərəkətə gətirmək nə qədər çətin olsa da bu tam başqa bir həzz, başqa aləm idi. Macəra, məxfilik dolu "Maska" şounun “cücə”si olmaq isə o qədər qəşəng, maraqlı, unudulmaz xatirələr, hadisələr yazdı ki yaddaşıma... Sevirəm səni, cücəm mənim. Dayanmadan aldığım zəng, mesaj, rəylər onu deyir ki, bizim ikimizi də yaman sevib tamaşaçılar”.


























