Məşhur serialın izləyicilərinə pis XƏBƏR

Məşhur serialın izləyicilərinə pis XƏBƏR

Türkiyə televiziya məkanında sevilən layihələrdən biri daha mövsüm fasiləsinə yollanır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Gönül Dağı" serialı iyunun 6-da yayımlanacaq 220-ci seriyası ilə 6-cı mövsümünü tamamlayacaq.

Uzun müddətdir tamaşaçı marağını qoruyub saxlayan ekran işi yeni bölümlərlə payızda geri dönməyi planlaşdırır. Serialın final bölümü izləyicilər üçün bir çox suallara aydınlıq gətirəcək.

Qeyd edək ki, layihədə baş rolları Berk Atan, Ecem Özkaya, Nazlı Pınar Kaya, Cihat Süvarioğlu və Semih Ertürk canlandırır. Serial Anadolu həyatını və insan münasibətlərini səmimi şəkildə əks etdirməsi ilə seçilir.

Hüseyn
Milli.Az