Müğənni Ayaz Babayev də terror aktı törədilən "Crocus City Hall"da olub.
Milli.Az olay-a istinadla yazır ki, bu barədə sənətçi özü məlumat yayıb. O hazırda yaxşı olduğunu bildirib:
"Hamı narahatdır. Çox şükür bizdə salamatlıqdı. Həqiqətən pis hadisə idi. Panikanı izah edə bilmərəm. Hamımızı çölə çıxartdılar. Bizim maşınımız orada qalmışdı. Yenidən ora qayıtmalı olduq. Hamıya bir-bir yaza bilmirəm. Həyatımın şokunu yaşadım".
Bundan əlavə, Ayaz Xalq artisti Röya Ayxanla hadisədən bir qədər əvvəl çəkilən fotosunu paylaşıb və "Çox şükür hər saniyəmizə. Böyük keçmiş olsun", - deyə, bildirib.
Milli.Az