Kanye Uest adını dəyişdirdi

Kanye Uest adını dəyişdirdi

Məşhur amerikalı reper Kanye Uest rəsmi olaraq adını Ye olaraq dəyişdiyini açıqlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə reperin rejissoru Milo Yiannopulos açıqlama verib.

Onun sözlərinə görə, reper dünyada prezidentlər qədər tanınır və adını dəyişmək Ye üçün asan olmayıb:

"Ancaq dəyişiklik tamamilə, qanuni və əbədi olaraq baş verdi. İndi odur. Onun adı Yedir".


Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun