Məşhur aktyor Arnold Şvartsenegger ürəyindən əməliyyat olunub.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə aktyor "Men's Health"ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ürəyinə kardiostimulyator quraşdırılıb.
"İndi robot olmağa daha yaxınam", - sənətçi "Terminator" filmindəki obrazını xatırladaraq zarafat edib.
Arnold əməliyyata görə ağır fiziki fəaliyyəti dayandırdığını, bir aydan sonra məşqlərə qayıdacağını vurğulayıb.
Xatırladaq ki, anadangəlmə ürək qüsuru - ikiüzlü aorta qapağı ilə doğulan Şvartsenegger ilk dəfə 1997-ci ildə, daha sonra isə 2018 və 2020-ci illərdə ürək əməliyyatı keçirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun