Avroviziya təmsilçilərimiz Tural və Turan Bağmanovlar yeni açıqlamaları ilə diqqət çəkiblər.
OLAY yazır ki, onlar “El canlı” verilişində qonaq olub. Proqramın aparıcısı Elcan Rəsulov qardaşlara “Müsabiqədə aşağı nəticə göstərdiniz. Fikirləşirsiniz ki, getməyib, pul göndərsəniz, daha yaxşı olardı” sualını ünvanlayıb. Əkizlər isə ona bu cavabı veriblər:
“Niyə? Möhtəşəm təcrübə idi. Orada udmaqdan, yer tutmaqdan söhbət getmir. Əsas olan gedib iştirak edib gəlirsən”.
Daha sonra Elcan bir izləyicinin Turalla Turanın firuzəyi xalıda müzakirə olunan geyimləri haqda “Müsabiqə vaxtı balalarımı izlıəyirdim. Maraqlı köynəklər geyinmişdiniz. Amma elə geyimlərdə çörək yoxdur. Kostyum şalvar geyinib, qalstuk taxsaydınız, uzağı bir ilə o bahalı maşınlardan sürəcəkdiniz. Bir də soruşur ki, toya gedirsiniz, ya yox” fikirlərini səsləndirib. İfaçılar həmin şərhə belə münasibət bildirib:
“Toya çağırsalar, gedərik. Getmirik. Geyim də xoşumuza gəldi geyindik. Bu gün də müsabiqədəki kostyumlarımızı geyinmişik”.