Məşhur türk müğənni Seda Sayan açıqlamaları ilə növbəti dəfə gündəmə gəlib.
OLAY yazır ki, toy adət-ənənəsi ilə bağlı öz fikirlərini səsləndirən sənətçi bunları deyib:
“Toy işlərindən əl çəkin. Xərci özündən də bahadır, üstəlik heç kimi razı sala bilmirsiniz. Nikah edin, dəvətnaməyə IBAN yazın, pulları ora göndərsinlər. Bəyin atasının alt paltarını niyə biz alırıq axı?”
















