“5 dənə kişinin qollarında…”

“5 dənə kişinin qollarında…”

Türkiyəli müğənni Umut Akyürek “TikTok” platformasını tənqid edərək onun gənclərə mənfi təsir göstərdiyini bildirib.

OLAY yazır ki, açıqlamalarının davamında müğənni Hadise və Gülşeni hədəf alıb. Məşhur sənətçi populyar mədəniyyətin gənclər üzərindəki təsirini tənqid edərək səhnə şoularının cəmiyyət quruluşunu pozduğunu iddia edib:

“Hadiseni də, onun kimi populyar mədəniyyət fiqurlarını da ölənə qədər tənqid edəcəyəm. Alt paltarı ilə səhnəyə çıxanlar, 5 kişinin qucağında inləyərək sənət adı altında biabırçılıq sərgiləyən Gülşen kimi insanlar ucbatından vəziyyət bu həddə gəlib çatıb. Vəziyyət acınacaqlıdır və daha da pis olacaq”