İbrahim Tatlısəs nəvəsini məhkəmədə uddu

İbrahim Tatlısəs nəvəsini məhkəmədə uddu

İbrahim Tatlısəs nəvəsi Mert Tatlısəsin razılığı olmadan Sarıyerdəki mənzilini zəbt etdiyi iddiası ilə ona qarşı açdığı məhkəmədə qalib gəlib.

Milli.Az bakıvaxtı.az-a istinadən xəbər verir ki, məhkəmə Mert Tatlısəsin işin mövzusu olan Sarıyerdəki mənzili haqsız yerə zəbt etməsinin qarşısının alınmasına qərar verib, həmçinin nəvə Tatlısəsə 370 min 246 lirə təzminat təyin edib.

İstanbul Asliye Məhkəməsinə müraciət edən məşhur sənətçi 5 ildir ki, Seyrantəpədəki mənzilini razılığı olmadan zəbt etdiyini iddia edərək nəvəsini məhkəməyə verib.

Məsələ ilə bağlı İbrahim Tatlısəs oğlunun məhkəməyə müraciət etdiyini, onun "O, əqli cəhətdən yetərli deyil, qəyyum təyin olunmalıdır" dediyini xatırladıb.

"İbo" açılan iddiadan sonra ruhi vəziyyətinin sabit olduğunu sübut etmək üçün 7 fərqli quruma müraciət etdiyini və Ege Universitetindən sağlamlıq hesabatı aldığını deyib:

"Uşaqlarımın o evdə qalmasını istəmirəm, onlara bu hesabatı verdiyimə görə peşmanam və onların məni dəli görməsinə tab gətirə bilmirəm. Daha doğrusu, mənim uşağım deyil, uşağımın uşağıdır. Bütün uşaqlarımın qayğısına qalıram. Mənim kimi ata, mənim kimi baba tapa bilməzlər".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun