"Deyəsən, indiki uşaqlar çox gec evlənmək istəyir. İnşallah ki, oğlumun qarşısına elə bir qız çıxar ki, onun başını tez bağlayaram".
Milli.Az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan "Xəzər axşamı" verilişinə müsahibəsində deyib. Müğənni oğlu Hüseyni erkən yaşda evləndirmək istədiyini bildirib:
"Məndən olsa, 22 yaşından onu evləndirərəm. Gözünü açmamış işini görmək lazımdır. Çünki yaşının üstünə yaş gəldikcə evlənmirlər. Qardaşım İsmayıl artıq evlənib. Amma digər qardaşım Ayxanın 34 yaşı var, qızları göstərirsən, evlənmək istəmir. Ona görə də tez evləndirmək lazımdır. İnşallah, mən də bütün analar kimi yaxşı və sevilən qayınana olaram". (Axşam.az)
Milli.Az
Mənbə:
news.milli.az
















