“Bəxt üzüyü”nün Moşusu: “3 il əmim qızının evində...” – VİDEO

“Bəxt üzüyü”nün Moşusu: “3 il əmim qızının evində...” – VİDEO

Xalq artisti Valeh Kərimov açıqlaması ilə diqqət çəkib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki,  80 yaşlı sənətkar qonaq olduğu "Xəzərin sahilində" verilişində bildirib ki, Dənizkənarı Milli Park tərəfdə yaşasa da, orada gəzmək ona maraqlı deyil. 

"Əmim qızı Muzey Mərkəzinin yanında qalır. Ora isə Dənizkənarı Milli Parka çox yaxındır. Mən 3 il onlarla birgə yaşamışam. 3 il ərzində cəmi 4 dəfə bulvara çıxmışam.

Yəni mənə bulvarda gəzmək maraqlı deyil. Bəlkə də bu, uşaqlıqda orada çox gəzməyimdən irəli gəlir. Yəgin orada gəzib, doymuşam. Amma gecə-gündüz rayonlarımızı gəzməyi çox sevirəm", - deyə Xalq artisti vurğulayıb. 

Qeyd edək ki, Valeh Kərimov ötən ilin martından etibarən Mingəçevir Dövlət Dram Teatrında quruluşçu rejissor kimi işə başlayıb. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun