Samirin verilişi ekranla vidalaşdı

Samirin verilişi ekranla vidalaşdı

Aparıcı Samir Bayramlının "10-da görüşək" proqramı ekranla vidalaşıb.

Milli.Az olay-a istinadən bildirir ki, bu barədə Samir layihənin bugünkü efirində danışıb. 

""10-da görüşək" layihəsi 4-cü sezondur davam edir. MTV-nin ilk canlı layihələrindən biri idi. Bu gün isə verilişimizin sonuncu efiridir. Bir iş bitirsə, daha yaxşısı başlayacaq deməkdir. 4 il ərzində mənimlə birgə bu yolu keçən komandamıza təşəkkürlər. Mənimlə birgə aparıcılıq edən bütün xanımlara təşəkkür edirəm. Nə yaxşı ki, mənimlə başlayan layihə mənimlə bitir. Bu dörd il ərzində pandemiyanı, müharibəni, qələbəni gördük. Müharibə dövründə çəkilişə getdik. Bizə dəstək olan, mane olmağa çalışan hər kəsə təşəkkür edirəm. Gələn həftə dostlarımız başqa bir adla qarşınızda olacaqlar. Hələ ki buradayıq. Amma başqa saatda, fərqli layihədə", - deyə, Samir bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun