“12 yaşında bildim ki, o mənim anamdır”

“12 yaşında bildim ki, o mənim anamdır”

Xalq artisti Naibə Allahverdiyeva ailəsi ilə bağlı diqqət çəkən açıqlamalar edib.

OLAY yazır ki, sənətçi anasını 12 yaşı olanda tanıdığını deyib. Bu barədə o, “Həftənin qonağı” verilişində danışıb.

“Mən 12 yaşımda anamın yanına gəldim. O vaxta kimi bibimin yanında idim. 11 il bibimin yanında qaldım. Bibim bir az sərt, bir az ciddi insan idi. Hərdən incidirdi. Məni musiqiyə, pianoya qoymuşdu. Bibimin bir qızı var idi, bizi seçmirdi. Amma ev işləri mənim boynumda idi. Bir gün tətilə getmişdik, bibim məni atamın yanında qoydu. Bilmirdim atamdır, elə bilirdim dayımdır. Bibimə də ana deyridim. Bacımı da dayım qızı bilirdim. Bir gecə mənə dedi ki, “Sən bilirsən, mənim bacımsan?”. O mənə hər şeyi danışdı. Anamı görmüşdüm, onu da bir xala, qohum bilirdim. Bacım dedi ki, Bilqeyis sənin anandır, qohum deyil”, - deyə, Allahverdiyeva söyləyib.