Dünya şöhrətli ulduz Beyons saçlarının orijinal halını nümayiş etdirib.
OLAY yazır ki, superstar dəfələrlə parik taxdığına görə tənqid edilib. Onun öz saçı irqindən dolayı çox sıxdır. Buna görə sənətçi afro-amerikalı atası və kreolu anasına borcludur. Bu xalqlar saçın qalınlığı və keyfiyyəti, eləcə də quruluşu ilə öyünür.
Beyons saçlarının həmişə gözəl görünməsi üçün nə qədər məhsuldan istifadə etdiyini göstərib.
Müğənni həm öz məhsullarını tanıtmaq, həm də heyterlərə cavab vermək üçün video paylaşıb. Fevralda – Beyons brendini təzə təqdim edəndə tamaşaçılar onu tənqid edirdilər ki, saç düzümlərini paylaşmayan, pariklərini çıxarmayan ulduz saç məhsulları satmağa necə cəsarət edə bilər?
Müğənni paylaşımında saçlarına necə qayğı göstərdiyini, o cümlədən, səhnəyə çıxmazdan əvvəl saçının necə göründüyünü nümayiş etdirib.