Türkiyədə yayımlanan "Esaret" serialında daha bir azərbaycanlı aktrisa rol alıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda aktrisa Məlahət Abbasova paylaşım edib. O bildirib ki, xalası qızı Arzu Canpolat ekran işində Ceylan obrazını canlandırır.
"Arzu hələ yolun başındadır. Yolun açık olsun. Nənəm də, anam da çox erkən yaşda ailə qurublar. Ona görə də belə gənc xalam qızı var. Bu arada, xalamla mənim aramda 1 yaş fərq var. Böyük bacımla xalamın arasında 2 ay fərq var" deyə, M.Abbasova vurğulayıb.
Qeyd edək ki, M.Abbasova serialda Afife obrazını canlandırır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun