“Əzbər bilirdik Lenin nə yeyir, nə içir”

“Əzbər bilirdik Lenin nə yeyir, nə içir”

Aparıcı Mətanət Əliverdiyeva növbəti çıxışı ilə diqqət çəkib.

OLAY yazır ki, o, “Xəzər axşamı” verilişində reper Orxan Zeynallının “Bir də gəlsəm” mahnısı və klipi ilə bağlı fikirlərini səsləndirib.

“Bu layihəni məhz yuxarı sinif şagirdlərinə 8-9-cu sinifdə ayda 2 dəfə, 1 dəfə göstərmək mütləq şəkildə vacibdir. Biz oxuduğumuz dövrdə o qədər bizim beynimizə kommunizm, Lenin belə elədi... Əzbər bilirdik ki, Lenin nə yeyir, nə içir, nə vaxt yatır, nə vaxt durur. Beynimizə o cür həkk etmişdilər”, - deyə, Əliverdiyeva söyləyib.