Xalq artisti Brilliant Dadaşova ilk dəfə pedaqoji fəaliyyəti ilə bağlı açıqlama verib.
Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, yaradıcılığı ilə yanaşı, tədris sahəsində də fəaliyyət göstərir. O, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim kimi çalışdığını deyib.
Brilliant Dadaşova bu barədə ilk dəfə "Öz Aramızda" verilişində danışaraq, gənc istedadlarla işləməyin onun üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Xalq artisti illər ərzində qazandığı səhnə təcrübəsini tələbələri ilə bölüşməkdən məmnunluq duyduğunu da qeyd edib.
Sənətçinin bu açıqlaması sosial şəbəkələrdə maraqla qarşılanıb. Bir çox izləyici onun həm səhnədə, həm də müəllim kimi fəaliyyət göstərməsini yüksək qiymətləndirərək xoş fikirlərini bölüşüblər.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
















