Müğənni Xuraman Şuşalı rejissor həyat yoldaşı Elçin Məmmədovdan şikayətlənib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi həyat yoldaşı ilə bağlı zarafatla yazdığı sözlərlə izləyicilərini güldürüb.
Xuraman paylaşımında "Başa düşə bilmirəm, bu ruhla necə belə ruhsuz adama ərə getmişəm. Hansı ruhla ərə getmişəm, nə fikirləşmişəm? Uşaqları da özünə oxşadıb. 16 ildir nə çəkirəm mən. Dözürəm və ya mənə dözürlər, birtəhər" sözlərini əlavə edib.
Qeyd edək ki, cütlüyün 4 övladı var.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















