"Eşref Rüya" serialındakı performansı ilə diqqət çəkən Ceren Benderlioğlunun yeni ünvanı bəlli olub. Aktrisa yeni mövsümdə tamaşaçılarla görüşəcək tarixi "Aşk ve Taht" serialı üçün prodüser şirkəti ilə razılığa gəlib.
Milli.Az xəbər verir ki, rejissor kürsüsündə Taylan Biraderler oturduğu serialın ssenarisini Serdar Özönalan, Hasan Erimez, Özlem Atasoy və Melek Yalçın yazır. Baş rollarını Akın Akınözü, Simay Barlas və Ayça Bingölün paylaşacağı serialda Akın Akınözü Sultan Əlaəddin Keyqubadı, Simay Barlas Məlikə Xatunu, Ayça Bingöl isə Baş Xatun Ümmühanı canlandıracaq.
Ceren Benderlioğlu isə serialda "Nurcihan" obrazı ilə tamaşaçı qarşısına çıxacaq. Aktrisanın hekayədə Sultan Əlaəddin Keyqubadın ögey bacısını canlandıracağı məlum olub. Yeni mövsümün maraqla gözlənilən layihələrindən olan serialın çəkiliş hazırlıqları davam edir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

















