Baş rollarda Serenay Sarıkaya, Metin Akdülger, Boran Kuzum, Hakan Kurtaş və Esra Ruşanın yer aldığı "Kimler Geldi Kimler Geçti" serialının təqdimat mərasimi keçirilib.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, media nümayəndələri ilə söhbət zamanı Sarıkayanın gülüşü mərasimə damğa vurub.
Qala üçün qırmızı paltar seçən aktrisa həmkarı Esra Ruşanın söhbəti zamanı özünü saxlaya bilməyib və qəhqəhələrə boğulub.
Sarıkaya jurnalistlərə "Çox xoşbəxtəm", - deyib.
Qeyd edək ki, Sarıkaya hazırda ifaları ilə məşhurlaşan müğənni Mert Demirlə eşq yaşayır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun