Türk aktrisa Aslıhan Gürbüz illər sonra "Yahşi Cazibe" serialındakı azərbaycanlı obrazını canlandırıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi açıqhavada baş tutan bir tədbirdə yer alıb.
O, aparıcının "Çox qısa Cazibe rolunu oynaya bilərsiniz" xahişindən sonra ana dilimizdə "Sən mənim Azərbaycan türkcəsində danışmağımı istəyirsən?", - deyə, bildirib.
Qeyd edək ki, sözügedən serial 2010-2012-ci illərdə yayımlanıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun