Emrah xəsisliklə 119 milyon yığıb?

Emrah xəsisliklə 119 milyon yığıb?

Türkiyənin məşhur müğənnisi Emrah Erdoğan sərvəti ilə gündəmə gəlib.

OLAY yazır ki, “Popilertr” səhifəsi sənətçinin mülkləri ilə bağlı video hazırlayıb. 

Bildirilib ki, Emrah ümumilikdə 70 milyon dolların (119 milyon manat – oxu) sahibidir. O, həmçinin zaman-zaman xəsisliyi ilə gündəm olub. Çoxu Emrahın bu yolla varlandığını düşüb. 

Çünki o, keçmişdə xəstəxanada 300 lirə ödəməmək üçün dava edib, benzinə qənaət etmək üçün xanımının maşınına minib, hətta taksi sürücüsü ilə 3 lirəyə görə dalaşıb.

Lakin ifaçının əsas varlanma səbəbi mülkləridir. Onun İstanbul və Bodrumda 100-ə yaxın mənzili, çox sayda torpaq sahəsi və villası var. 

Müğənninin  Bodrumda 200 otaqdan ibarət oteli, 3 milyon dollar (5 milyon manat – oxu) dəyərində dəniz təyyarəsi mövcuddur.

Hətta o bir ara helikopter alıb kirayə vermək istəyib. Bununla bərabər o, müğənnilik və aktyorluq fəaliyyətinə davam edir.