Mərhum Xalq artisti İlhamə Quliyevanın qohumu Lalə Nadirova açıqlaması ilə diqqət çəkib.
Milli.Az olay-a istinadən bildirir ki, bu barədə o, Moskvada itkin düşən oğlu Orxan Nadirovu axtarmaq üçün çıxdığı "Səni axtarıram" verilişində danışıb.
- lhamə Quliyevanın bacısı Orxandan danışmaq istəmədi: "Kimlər ki..."
O bildirib ki, Orxanı İ. Quliyevaya övladlıq verməyib:
"Mən övladımı heç kimə verməmişəm. Mən o evdə böyümüşəm. Orxan Həbib müəllimin, Tükəzban xanımın nəvəsi kimi böyüyüb. Hamı bilir ki, o, necə hökmran qadın idi. Biz evin içində bacı kimiydik. Yaş fərqimiz var idi. Orxanı rəsmi övladlığa götürməmişdi. Heç başqa cür də olmayıb. Orxan həm bizdə qalıb, həm də orada nəvə kimi yaşayıb".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun