Türkiyəli aktrisa Hande Erçel görünüşü ilə bağlı verdiyi açıqlama ilə yenidən gündəmə gəlib.
Milli.Az-ın məlumatına görə, aktrisa üzündə hər hansı estetik prosedur etdirmədiyini bildirib. O, həmçinin botoksdan istifadə etmədiyini və estetik müdaxilələrə müraciət etmədiyini vurğulayıb.
Erçelin bu sözləri sosial şəbəkələrdə geniş müzakirə olunub. İzləyicilərin bir qismi aktrisanın açıqlamasını dəstəkləsə də, bəziləri onun görünüşündəki dəyişikliklərə diqqət çəkərək fikirlərini bölüşüblər.
Hande Erçelin açıqlaması xüsusilə onun əvvəlki və indiki görüntülərinin müqayisə edilməsinə səbəb olub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az

















