Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənovun vergi orqanlarına 153 milyon rubl borcu olduğu üçün hesabları bloklanıb. O, borcunun bir hissəsini bağlasa da, daha bir problemlə üzləşib.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, Hüseyn vergi orqanları ilə problemlərdən sonra "Mışleniye milyonera" informasiya kurslarının satışını dayandırıb.
Bu haqda "Komsomolskaya pravda" nəşri məlumat yayıb. Bildirilib ki, Həsənov 70% paya sahib olduğu "Banda MMC" şirkətinin təsisçilərindən ayrılıb.
"Rusprofile" vergi xidmətinin məlumatına görə, ötən il şirkət 79 milyon rubl gəlir əldə edib, xalis mənfəəti isə 63 milyon rubl təşkil edib. Şirkət konsaltinq və məlumat xidmətlərinin göstərilməsi ilə məşğul idi.
Güman edilir ki, Hüseynov onun vasitəsilə "Mışleniye milyonera" kurslarını satıb. Hüseynin birdən birə uğurlu biznesdən getməsinin səbəbləri barədə məlumat verilmir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun