Türkiyənin tanınmış müğənnisi Yıldız Tilbe bu dəfə musiqisi ilə deyil, xarici görünüşündə etdiyi dəyişikliklə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sənətçi imicini yeniləmək qərarına gələrək uzun saçlarını alov narıncısı rənginə boyadıb. Yeni saç rəngi müğənninin görünüşünə tamamilə fərqli hava qatıb.
Tilbenin dəyişən imici sosial şəbəkə istifadəçilərinin də diqqətindən yayınmayıb. Müğənninin yeni görünüşü izləyicilər arasında maraq doğurub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə:
news.milli.az

















