"Mənə “Pişik Elgiz” desəydilər xətrimə dəyərdi, boğardım o adamı”

"Mənə “Pişik Elgiz” desəydilər xətrimə dəyərdi, boğardım o adamı”
"Mənə “Pişik Elgiz” desəydilər xətrimə dəyərdi, boğardım o adamı”

Aparıcı Elgiz Əkbərin efirdə səsləndirdiyi fikirlər studiyada gülüşə səbəb olub.

Milli.Az-ın məlumatına görə, "Pişik Günel" ləqəbi ilə tanınan müğənni Günel Ələkbərova ilə söhbəti zamanı Elgiz ona bu cür müraciət edilməsinə münasibət bildirib. Aparıcı deyib ki, Günel bu ləqəbdən narazı deyilsə, problem yoxdur. Lakin özünə eyni şəkildə müraciət edilməsini istəmədiyini vurğulayıb.

"Pişik Elgiz" desəydilər, xətrimə dəyərdi. O adamı boğardım. Bəlkə də pişikləri sevmirəm", - deyə aparıcı zarafatla bildirib.

Elgizin bu sözləri veriliş iştirakçılarını güldürüb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Mənbə: news.milli.az