Türkiyəli aktyor Uraz Kaygılaroğlu qızı Ada ilə bağlı paylaşımı ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, sənətçi övladının son günlər gündəmdən düşməyən Mabel Matizin "Umrumdışı" mahnısını ifa etdiyi anları sosial şəbəkə hesabında yayımlayıb.
Adanın mahnını oxuduğu görüntülər izləyicilərin marağına səbəb olub. Paylaşım qısa zamanda diqqət çəkərək sosial şəbəkələrdə müzakirə olunub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Mənbə:
news.milli.az

















