Bir neçə gün öncə Bakıda məşhur türk makiyaj ustası Rıfat Yüzüakın master-klassı baş tutub.
Bakı Konqres Mərkəzində keçirilən tədbirdə Türkiyədə “İlin modeli” seçilən Şeval Şahin və influenser Selma Çiçekdal da iştirak edib.
Türk məşhurlar OLAY-ın suallarını cavablandırıblar. Şevval Şahin bildirib ki, onun atası türk, anası Azərbaycan türküdür:
“Anam azərbaycanlıdır. İlk dəfədir ki, Bakıya gəlirəm. Buranı çox mənimsədim. İnsanları çox qonaqpərvərdir. Master-klassa qatılanlar da çox gözəl idi, yaxşı suallar verdilər. Mənə çox ləzzət etdi. Londonda böyümüşəm. Sonra İstanbula köçdüm. Dediyim kimi, anam Azərbaycan türküdür. Lakin Bakıya heç gəlməmişdim. Bundan sonra tez-tez gələcəyəm.
Çox bəyəndim. Hətta burada da modellik etmək istəyirəm. Dünən dostlarımızla nahar edəndə danışdıq. Burada da tələblər var. Çox sevindim. Bakıda işlər görmək məni ürəkdən sevindirər”.
Rıfat Yüzüak da tədbirlə bağlı təəssüratlarını OLAY-a bölüşüb:
“Çox yaxşı keçdi. Biz inanılmaz bir diqqətlə qarşılaşdıq. Ona görə çox xoşbəxtik. Real bilgiləri paylaşdıq, onlar da real suallar verdilər. Bir qadının gözəlliklə bağlı maraqlandığı hər sualı cavablandırdıq. Çox toyda azərbaycanlı gəlinləri bəzəmişəm. Amma ulduzlarınızdan Röya Ayxanla çalışmışam. Onunla çox gözəl bir çəkiliş oldu. Türkiyədə baş tutmuşdu. Bir-birimizi çox sevdik. Mənim üçün gözəl təcrübə idi”.
İnfluenser Selma Çiçekdal isə bunları söyləyib:
“Çox şadam ki, bura gəlmişəm. Bizim üçün çox qəşəng gün keçdi. Çox təbii, kübar insanlardır. Bizi də gülərüzlə qarşıladılar. Sevinirəm ki, bu tədbir baş tutdu”.
Qeyd edək ki, məşhurlar buraya iş xanımı Afət Bağırovanın brendinin dəvəti ilə gəlib.
Video/Fotolar: Soltan İbrahimli