Paris-2024 Yay Olimpiya Oyunlarında gümüş medal qazanan Azərbaycan boksçusu Alfonso Dominqesin həyat yoldaşı Nigar Dominqes həyat yoldaşının Fransa paytaxtında ikinci olmasına münasibət bildirib.
OLAY yazır ki, bu barədə o, “İdman.biz”ə açıqlama verib:
“Alfonso üçün 92 kq-a öyrəşmək çox çətin idi, amma ona 3-4 ay kifayət etdi.
81 kq, 86 kq və ardınca 92 kq-da döyüşmək Dominqes üçün heç də asan olmayıb. Hər gün məşq edir, çox əziyyət çəkirdi. Çox xoşbəxtəm ki, Alfonso Azərbaycanı iki dəfə Olimpiadada təmsil edib və yenə əliboş qayıtmır. Əslində o özü də, biz də qızıl medal gözləyirdik. Ancaq buna da şükürlər olsun ki, zədəsi olmadan sağ-salamat evə qayıdacaq.
O bu rəylərə layiq deyil. Döyüşdən sonra sosial şəbəkələrdə yazılanları oxuyub, düzü, çox pis oluram”.
Qeyd edək ki, Dominqes Paris-2024-də final döyüşündə Lazizbek Mullojonova (Özbəkistan) məğlub olub və Olimpiadanı gümüş medalla bitirib.