"Güneşin kızları", "Seni çok bekledim" və "Sen anlat Karadeniz" kimi populyar seriallardakı rolları ilə tanınan məşhur aktrisa İrem Helvacıoğlu iş adamı olan sevgilisi Ural Kaspar ilə barışıb.
Milli.Az bildirir ki, bu barədə Oxu.Az NTV.com.tr-yə istinadən xəbər verir.
Evliliyə hazırlaşdıqları zaman ötən ilin yanvarında gözlənilmədən ayrılmaq qərarına gələn aktrisa sosial media hesabından Kasparla barışdığını açıqlayıb. O, sevgilisi ilə yataqda qucaqlaşdıqları fotonu paylaşıb.
"Mən olduqca çox sevirəm", - deyə İrem Helvacıoğlu fotoya şərh yazıb.
Onun bu paylaşımı sosial şəbəkədə gündəm olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun