Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Ramiz Novruzun ailəsində qalmaqal yaşanıb. Aktyorun qızı Şəfəq Novruz, nəvəsi Ayan və keçmiş gəlini Əzizə Novruzova mübahisə edərək, bir-birinin ünvanına ittihamlar səsləndirib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu dəfə məsələ ilə bağlı R.Novruzun aktyor oğlu Cavidan Novruz paylaşım edib. O bildirib ki, gəlinləri ilə yaşanan qalmaqalda bacısı onu yanlış anlayıb:
"Həqiqətən istəyirdim ki, sakitçilik, sülh olsun, heç nəyə qarışmadım. Yenə də qarışmayacağam, nə olur olsun, kim olur olsun... Mən ümumilyətlə, sakitlik olsun deyə fədakarlıq etmək istədim. Ən pis halda belə hamı sakitləşsin, bir tərəfi durdurmaq istədim. Bunun üçün zənglə xahiş etdim, çünki zəngimə cavab verən yalnız bir tərəf oldu. Başqa əlacım qalmamışdı, qardaşıma, balalarına görə... Hamı əslində gözəl bilir kimin səhv etdiyini, amma yenə də dilimə gətirmədim sakit dayandım. O insan səhvləri olduğu halda belə yenə də ona zəng etdim və ağız açdım. Bu xahişimi o öz əleyhinə istifadə etdi, əlində silah kimi saxladı. Sakit durdum, atamın ilinin sakit çıxmasını istədim. Artıq atamın da adını hallandırırlar bu məsələdə. Xahiş edirəm, məni, hamını qatdınız, heç olmasa həyatda olmayanı rahat buraxın. Sizin bu gərəksiz davanız heç kimə lazım deyil.
Bu məsələlərdə yoxam, sadəcə Şəfəq Novruzun bilib-bilmədən məni ittiham etməsinə görə məcbur olub paylaşdım. Əslində o mənim necə qardaş olduğumu gözəl bilir".
Qeyd edək ki, Əzizə Ramiz Novruzun oğlu Nərimanın həyat yoldaşı olub. Cütlük boşanıb. Onların bu nikahdan iki övladı var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun