“Rusiyanı sevirəm, amma ora qayıdacağımı təsəvvür etmirəm”

“Rusiyanı sevirəm, amma ora qayıdacağımı təsəvvür etmirəm”

Rus əsilli dünya şöhrətli supermodel İrina Şeyk “D la Repubblica” dərgisinin yeni buraxılışının siması olub və müsahibəsində uşaqlığından və Rusiyaya olan sevgisindən söz açıb.

OLAY yazır ki, 38 yaşlı podium ulduzu ölkəsi Rusiyaya geri qayıtmağı  “təsəvvür edə bilmədiyini” deyib. 

O, Rusiyaya gəlməmək qərarının səbəbini açıqlamasa da, beləcə model Ukraynada keçirilən xüsusi əməliyyat zamanı evə (ölkəsi - red.) getməyə hazır olmadığına işarə vurub.

“Ölkəmi sevirəm, amma indi ora qayıdacağımı bir an belə təsəvvür edə bilmirəm”. 

İrina qeyd edib ki, Çelyabinsk vilayətinin kiçik Yemanjelinsk şəhərində kasıb uşaqlıq keçirməsinə və atasını yeniyetmə yaşlarında itirməsinə (o, modelin 14 yaşında olanda ağciyər xəstəliyindən dünyasını dəyişib) baxmayaraq, o, xoşbəxt uşaq kimi böyüyüb.

 Ulduz xatırlayır ki, atasının ölümündən sonra anası iki qızı tək böyütməli olub. İrina kollecdə musiqi və marketinq üzrə təhsil alıb, burada ilk dəfə model agentliyin nümayəndələrinin diqqətini çəkib. Modellik karyerasına başlayıb və tezliklə Moskvaya gedib. 

Bu gün İrina Şeyk dünyanın ən uğurlu və nüfuzlu modellərindən biridir. Nyu Yorkda yaşayır, məşhur brendlər və dəb dərgiləri üçün çəkilişlər aparır və 2015-2019-cu illərdə birlikdə olduğu Hollivud aktyoru Bredli Kuperdən Lea adlı qızı var. 

2022-ci ildə hərbi xüsusi əməliyyat başlayandan sonra İrina Şeyk şəxsi vəsaitini Ukrayna Qızıl Xaç Cəmiyyətinə, eləcə də BMT-nin qaçqınlara yardım göstərən təşkilatlarına bağışlayacağını bəyan edib.