Türkiyənin pop ulduzu Edis iki günlük konsertini anşlaqla bitirib.
OLAY yazır ki, sənətçi Harbiye Açıqhavada yayın son günlərinə damğa vurub. Minlərlə sevəninin qarşısına çıxan Edis hitləri ilə yanaşı, yeni sinqlı “Azar”ı da oxuyub. Onu izləməyə gələnlər sırasında məşhur simalar da olub.
Görünüşündəki dəyişikliklə diqqət çəkən pop ulduzun arıqlaması da gözdən qaçmayıb.
Qeyd edək ki, Edis 25-26 oktyabr tarixlərində Bakı Konqres Mərkəzində konsert verib.