Xəbər verdiyimiz kimi, müğənni Zahidə Günəş qonaq olduğu "7 tamam" axşam şousunda ikinci dəfə ailə həyatı qurduğunu açıqlayıb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, aparıcı və prodüser Tarix Əliyev (Tolik) ad çəkmədən Zahidəni və sözügedən verilişin aparıcısı Nanə Ağamalıyevanı paylaşımı ilə "sancıb".
"Deyirəm, bu bəzi müğənnilər nə gündədir. Yalandan ərə də gedirlər, nə var, nə var verilişə çıxacaqlar. Biabırçılıqdır! O gün olsun, o verilişin aparıcısına da yalandan bir ər tapsınlar", - deyə Tolik sosial şəbəkə hesabında yayımladığı postda yazıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun