Ötən ilin yanvarın 29-da insult keçirən Xalq artisti Fatma Mahmudova ilk dəfə efirə çıxıb.
OLAY yazır ki, sənətçi “Tarixin bir günü” verilişində qonaq olub.
Səhhətində söz açan F.Mahmudova artıq yeriyə bildiyini və özünü yaxşı hiss etdiyini bildirib:
“Allahmdan çox razıyam. Mən o dünyadan gəlmişəm. 2 ay burada yox idim. Bu gün yaşayıramsa, bunu Allah edib. Bəlkə kiməsə yaxşılıq etmişəm. Heç bir verilişə gedə bilmirəm. Hər şey illərdir üst-üstə yığıldı. 1991-ci ildə ağır qəza keçirtmişəm, terrorun ilk qurbanı mən olmuşam. Gəncənin girişində avtobus partlayıb içində mən olmuşam. Bunlar indi büruzə verdi. Yaxşı ki, belə oldum. Belə olmasaydım, insanları tanımazdım. Çox adamı kəşf etdim”.
Qeyd edək ki, F.Mahmudova insult keçirəndən sonra xəstəxanada uzun müddət müalicə alıb.