“Reytinqinə güvənən aparıcıları camaat söyür”

“Reytinqinə güvənən aparıcıları camaat söyür”

“Cəmiyyət mənə deyir ki, o bayağı müğənniləri efirə çağırma. Məndə “baş üstə” deyib, çağırmıram. Çağırıram verilişimə savadlı ifaçıları amma onlara baxmırlar. Bir çox ifaçılarda məndən inciyiblər sözlərimə görə. Mən həqiqəti demişəm. Tamaşaçı məni aldadır”.

OLAY yazır ki, bu sözləri Tarix Əliyev (Tolik) aparıcısı olduğu “Tarixin bir günü” verilişində deyib.

Tolik bildirib ki, “TikTok”da məşhur olub efirlərə çıxan ifaçıları artıq verilişinə dəvət etməyəcək:

“O xanım ifaçıları çox çağırdınız efirlərə. Bu gün onlarda reytinq vermirlər. Bunu sübut edərəm. Donbalaq aşsalar da artıq reytinq vermirlər. Siz daha reytinq vermirsiniz. Siz efirlərə təzə çıxdığınız camaata maraqlı oldunuz. “TikTok”dan gəldiniz efirə... 3 gün 5 gün amma daha reytinq vermisiniz. Onlar içində bir-iki ifaçı var ki, daha onları verilişimə dəvət etməyəcəyəm. Dəvət eləsəm Tahirin oğlu deyiləm. Kanal rəhbərliyi deyir ki, o ifaçıları verilişinə çağırma. Məndə çağırmayacağam. İstəmirəm! Mən söyülmək istəmirəm. Görürəm ki, reytinqinə güvənən aparıcıları camaat söyür. Onlar hətta düz söz danışanda da onları söyürlər. Mən söyülməyi istəmirəm”.