Rusiyanın məşhur və qalmaqallı telejurnalisti Kseniya Sobçak Moskva məhkəməsi tərəfindən 10 min rubl (203 manat 45 qəpik) məbləğində cərimələnib.
OLAY yazır ki, bu haqda ümumi yurisdiksiya məhkəmələrinin “Telegram” kanalı məlumat yayıb.
“Hakim Kseniya Anatolyevna Sobçakı inzibati xəta törətməkdə təqsirli bilib. O, 10 min rubl məbləğində cərimə edilib”, - bəyanatda deyilib.
Aparıcının cəriməni başqa cəriməni ödəməkdən yayındığı üçün aldığı bildirilir.
Məhkəmə Sobçakın hansı qanunu pozduğunu bildirməyib və bu barədə əvvəllər də məlumat verilməyib.