“Sənətin işığında” təqdim olundu

“Sənətin işığında” təqdim olundu

III Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində dünyaşöhrətli ifaçılar, Xalq artsitləri Fidan və Xuraman Qasımovalara həsr olunmuş "Sənətin işığında" adlı konsert keçirilib.

OLAY yazır ki, konsertdən əvvəl tanınmış musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova çıxış edərək Fidan və Xuraman Qasımova bacılarının Azərbaycan musiqi mədəniyyətinin və vokal ifaçılıq sənətinin formalaşmasındakı xidmətlərindən, milli vokal ifaçılıq məktəbinin ənənələrini ləyaqətlə qoruyub yaşatmalarından bəhs edib.

Sonra Əməkdar artistlər İnarə Babayeva və Zülfiyyə Sadıqovanın təqdimatında keçirilən konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirin sonunda Xalq artisti, professor Xuraman Qasımova onların sənətinə həsr olunan konsertin ilk dəfə keçirilməsini diqqətə çatdıraraq təşkilatçılara təşəkkür edib.