Avroviziya təmsilçimiz Samirə Əfəndi növbəti paylaşımı ilə diqqət çəkib.
Milli.Az olay-a istinadən yazır ki, o, hər müğənninin sənətçi olmadığını qeyd edib:
"Türklərdə gözəl bir deyim var: "sanatçı" və "şarkıcı" Bunların fərqi böyük. Sənətçinin məktəbi olur. Müğənni, "Şarkıcı" amma hamı ola bilər. Sadəcə sonu yoxdur. Çox xoşbəxtəm ki, mənə dünyanın hər yerində, gəzdiyim, yaşadığım hər şəhərdə "sənətçi" deyərək müraciət olunur! Boşuna deyil, illərimi bu sənətə vermişəm və verəcəm də. Sevənlərim, mən sizi daha çox sevirəm!".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun