“Məni görmək sizə çoxdur”

“Məni görmək sizə çoxdur”

"İtirdiyim dostlarımı öz hüzuruma, qulağımın dincliyinə qazanc hesab edirəm".

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, şairə Nazilə Səfərli sosial şəbəkə hesabında paylaşdığı bu sözləri ona nankorluq edən "dostlarına" ünvanlayıb.

Şairə ad çəkmədən ona pislik edən, arxasından işlər çevirən, vaxtilə dost dediyi insanlardan gileylənib:

"İtirdiyim dostlarımı öz hüzuruma, qulağımın dincliyinə qazanc hesab edirəm. Nankorlar həmişə olub, olacaq da...

Ətrafımdan oğurladığınız insanlar, əslində, aldadılmağa layiq idilər. Haqq etmisiniz. Məni görmək bəzilərinə çoxdur. Dostluğumda qırmızıya düşənlərə..."

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun