Saxlanılan Aleyna Tilki ilə bağlı vəkilindən açıqlama

Saxlanılan Aleyna Tilki ilə bağlı vəkilindən açıqlama

Türkiyədə İstanbul Baş Prokurorluğunun məşhurları əhatə edən genişmiqyaslı əməliyyatı çərçivəsində saxlanılan müğənni Aleyna Tilkinin vəkili Ayşegül Mermer mətbuata açıqlama verib.

Milli.Az-ın DHA-ya istinadən verdiyi xəbərə görə, Mermer Vilayət Jandarm Komandanlığının qarşısında bildirib ki, Tilki bu gün istintaq çərçivəsində saxlanılıb və aparılan axtarışlar zamanı hər hansı cinayət tərkibli material aşkar edilməyib. Vəkil qeyd edib ki, hazırda təsdiqlənmiş əlavə məlumat yoxdur və yaxın saatlarda rəsmi açıqlama veriləcək.

O, təqsirsizlik prezumpsiyasının qorunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, əməliyyat narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə ilə bağlı əsaslı şübhələr üzrə aparılır. İstintaq çərçivəsində müğənni Aleyna Tilki ilə yanaşı, aktrisa İrem Sak, sosial media fenomeni Danla Bilic və Mümine Senna Yıldız da saxlanılıblar. Melisa Döngel, Yusuf Güney və Cihan Şensözlü ünvanlarında tapılmayıb.

Milli.Az