Səidə həmkarını biabır etdi - “Elə etmə ki, səni Azərbaycanda ifşa edim”

Səidə həmkarını biabır etdi - “Elə etmə ki, səni Azərbaycanda ifşa edim”

Müğənni Səidə Sultan qalmaqallı açıqlama verib.

Milli.Az olay-a istinadən bildirir ki, bu barədə o, "Günaydın Azərbaycan" verilişində danışıb. Səidə ad çəkmədən bir ifaçıya ismarış göndərib:

"Mən ifritə deyiləm. Siçovullara nifrət edirəm, onlara normal qız kimi baxmıram. Ailə dağıtmaq yaxşı bir şey deyil. Kiminsə nikahlı ərinə göz dikmək olmaz. Bizim sahədə yeni oxuyanlar var. Məclislərə gedib camaatın ərinə göz dikirlər, onların sayəsində də gəlib buralarda oxuyurlar. Elə bilirlər, öz kölgələridir. Buradan ismarıc göndərirəm. 

Elə etmə ki, səni Azərbaycanda ifşa edim.  Boykot edərəm səni. Ad çəkmək istəmirəm. Özü bilir kimə deyirəm, bir də haqqımda artıq-əskik danışma. Özünü mənimlə tay tutma. Sən oxuyansan. "Sexofka" müğənnisən, ona görə özünü mənlə bir tərəzidə görmə. Sən hara, mən hara. Onu çox pis qaralaya bilərəm. Ona görə yerini bil".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun