53 yaşlı Naomi Kempbell görünüşü ilə heyran etdi - FOTOlar

53 yaşlı Naomi Kempbell görünüşü ilə heyran etdi - FOTOlar

Supermodel Naomi Kempbell Paris Moda Həftəsində nümayişə çıxıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, 53 yaşlı Naomi Kempbell yunan dizayneri Seliya Krithariotinin şousunda hamını təəccübləndirib. Supermodel buduna qədər yarığı olan gümüşü rəngli donda və şəffaf hündürdaban ayaqqabıda podiuma çıxıb. Vizajistlər ulduza yüngül makiyaj, stilistlər isə saçlarını hamar ediblər.

Kempbellin bu görünüşü iştirakçıların böyük marağına səbəb olub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun