Sosial media fenomeni Bahar Candan intihara cəhd edib.
OLAY yazır ki, “Posta”ya istinadən yazır ki, Bahar anası Umut Candana “Bacımın yanına getmək istəyirəm” məzmunlu mesaj göndərərək özünə qəsd etməyə cəhd edib. Qızının vəziyyətini anlayan ana dərhal təcili tibbi yardım çağırıb. Hadisə yerinə gələn tibb işçiləri Bahar Candanı yaşadığı binada huşsuz vəziyyətdə tapıb.
Şişli Hamidiye Etfal Təhsil və Araşdırma Xəstəxanasına aparılan Candanın mədəsi yuyulub. Müalicədən sonra həyata qaytarılan Bahar Candan yaşadıqlarını belə ifadə edib:
“İnsanlar çox amansızdır. Güləndə “güldü“ deyirlər, ağlayanda “şou etdi“ deyirlər. Bu qədər amansızlığa dözə bilmirəm. Bacımı bu amansızlıq, bu zalımlıq öldürdü. İndi isə məni öldürməyə çalışırlar. Kaş, məni xilas etməzdilər”.
Qeyd edək ki, Anoreksiya nervoza xəstəliyi ilə mübarizə aparan və çəkisi 23 kiloqrama qədər düşən sosial media fenomeni Nihal Candan 21 iyun 2025-ci ildə vəfat etmişdi. Candanın ölümündən sonra bacısı Bahar Candan da psixoloji baxımdan çətin günlər keçirib.
















